Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədin 1.0.6-cı və 1.0.7-ci maddələr aşağıdakı redaksiyada verilib:

“1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;

1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır”.

Related posts

Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub – FOTO

Bu şəxslərə maliyyə dəstəyi veriləcək – FƏRMAN

Qızılın qiyməti artıb