Ana səhifə XəbərlərCəmiyyət Gəncə xanlığı dövründə buraxılmış gümüş pulu 15 milyona satan kimdir? – FOTO

Gəncə xanlığı dövründə buraxılmış gümüş pulu 15 milyona satan kimdir? – FOTO

admin2

Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib.

Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub.

Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.

Bununla bağlı satıcı ilə əlaqə saxlamağa cəhd göstərilsə də, o, zənglərə cavab verməyib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində 1799-cu ildə (hicri 1213) Gəncədə zərb edilmiş gümüş 3 Abbası qorunur. Sikkə üzərində “Ya Əli Vəli Allah” sözləri, dairəvi çərçivənin içərisində “Gəncə zərbi, 1213”, dairənin çölündə “Ya Məhəmməd” sözləri zərb edilib.

 

 

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00