122
İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Tədbirə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla yanaşı, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları və könüllülər qoşulublar.
Aksiya çərçivəsində 1 hektar ərazidə 700-dək Eldar şamı və zeytun ağacı əkilib.