İran 21 yaşlı gənci gizli edam edib

İranda 21 yaşlı hökumət əleyhinə etirazçı Milad Zöhrəvand gizli şəkildə edam edilib.

Bu barədə BBC Fars xidməti bir neçə mənbəyə istinadən məlumat yayıb.

Məlumatı Hengaw hüquq müdafiə təşkilatı da təsdiqləyib.

Edam noyabrın 23-də səhər saatlarında Həmədan şəhərindəki həbsxanada həyata keçirilib.

Zöhrəvənd İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvünü öldürməkdə ittiham olunurdu.

Mənbələr nəşrə bildiriblər ki, saxlanılması və məhkəməsi zamanı ona vəkillik verilməyib.

İran hakimiyyəti edamı təsdiqləməyib.

BBC Fars xidməti qeyd edir ki, edam təsdiq olunarsa, Zöhrəvənd ötən ilki edam edilən etirazların səkkizinci iştirakçısı olacaq.

2022-ci ildə İranda kütləvi etirazlar bir neçə ay davam etdi, buna səbəb 22 yaşlı Məhsa Əmininin ölümü idi. O, ötən ilin sentyabrında İran polisi tərəfindən düzgün hicab geyinməməkdə ittiham edilərək saxlanılıb.

Polis bölməsindən xəstəxanaya aparılan qız bir neçə gün sonra orada dünyasını dəyişib.
Aminin yaxınları onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi olduğunu güman edirlər.

Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı 600-ə yaxın nümayişçi həlak olub, 20 minə yaxın insan isə nəzarətə götürülüb.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb