Özbəkistan nümayəndə heyəti Şuşada olub

Özbəkistanın Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada olub.

Onlar Şuşanın gəzməli-görməli yerlərini gəzib, şəhərlə tanış olublar.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb.

Qonaqlara şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Related posts

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ruh-ül-ərvah” bədii konsert proqramı təqdim olunub VİDEO