Bakıda “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” konfransı keçirilir

Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutub.

Tədbirdə “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Related posts

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Mərkəzi Asiya ölkələri üçün ən əlverişli yollar Azərbaycandan keçir – ANALİZ

Azərbaycanda Dövlət Suverenliyi Günüdür