İranda bir gündə üç məhbus edam edilib – FOTO

İranın Rəşt şəhərindəki Lakan zindanında bir gündə üç məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, sözügedən həbsxanada daha iki nəfər edam hökmlərinin icrası üçün təkadamlıq kameraya köçürülüblər.

Edam edilənlərdən biri siyasi məhbus, qalanlarının isə qətldə ittiham olunduğu qeyd edilir.

Xatırladaq ki, 2023-cü ilin aprel ayından oktyabrın sonuna qədər İranda ən azı 419 nəfər edam edilib.

Related posts

Qaxda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

Gədəbəydə qadının üzü kəsildi – Qaynı saxlanıldı

Mingəçevirdə ər-arvadın ölümü ilə bağlı yeni faktlar