96
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində üç müxtəlif çaplı top mərmisi və üç barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.