120
Lənkəran Peşə liseyinin tikintisində bədbəxt hadisə baş verib.
Lisey üçün inşa olunan binada fəhlə kimi çalışan Bakı sakini, 1985-ci il təvəllüdlü Rəşid Şahbudaqov müvazinətini itirərək yerə yıxılıb.
O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.