“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.
Bbunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
“Xəzər dənizini dostluq, tərəqqi və inkişaf rəmzinə çevirmək üçün kollektiv qarşılıqlı fəaliyyət və əməkdaşlığı daha da gücləndirməliyik. Bizim Xəzərdə əməkdaşlığın institusionallaşdırılması və strukturlaşdırılması yolu ilə irəliləməkdən başqa seçimimiz yoxdur”, – İran XİN rəhbəri bildirib.