İsraildən müdhiş plan: HƏMAS-ın qazdığı tunellər dəniz suyu ilə doldurulacaq

İsrail HƏMAS-ın Qəzza zolağının altında qazdığı tunel sistemini sıradan çıxarmaq üçün onu dəniz suyu ilə doldurmaq qərarına gəlib.

Planla tanış olan, lakin adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, artıq bu məqsədlərlə xüsusi nasoslar quraşdırılıb.

İddiaya görə, beş nasosdan ibarət sistem anklavın şimalında yerləşdirilib.

“HƏMAS-ın 500 kilometrlik tunellərini Aralıq dənizindən gələn su ilə doldurmaq bir neçə həftə çəkəcək”, – deyə məlumatı ötürən mənbə vurğulayıb.

Mənbə: Wall Street Journal

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA