Qırğızıstan prezidenti Sadır Japarov ad günündə məmurlara ona hədiyyə verməyi qadağan edib.
Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.
O xatırladıb ki, dekabrın 6-sı dövlət başçısının yubileyidir, onun 55 yaşı tamam olur.
Edil Baysalov president Sadır Japarovu “müstəsna təvazökar insan” adlandırıb və deyib ki, məmurlara ona hədiyyə verməyi qadağan edib.