Bakıdakı Rus evində şairə Aytən Həsənzadənin yaradıcılıq gecəsi keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Bakıdakı Rus evinin Ədəbi klubunda şairə, pedaqoq Aytən Həsənzadənin yaradıcılıq gecəsi keçirilib.

Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə qonaqlar Aytən Həsənzadənin ən yaxşı şeirləri ilə tanış olublar. Klubun sədri Lalə Həsənova və onun üzvləri Hafiz Nəbiyev və Olqa Şalayeva şairənin şeirlərini oxuyublar.

Gecə beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Lalə Muxtarova, BMA məzunu Ləman Qulamova, bəstəkar, pianoçu və Bakı Dövlət Universitetinin tələbəsi Murad Muradov və vokalçı Ülvi Sadrayevin ifasında musiqi nömrələrlə müşayiət olunub.

Related posts

Çin Amerika filmlərinin nümayişini dayandıracaq

Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür

“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert