Dekabr 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Lyudoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyadan bildirilib ki, dünyaşöhrətli italyan neoklassik bəstəkarı Lyudoviko Eynaudinin əsərləri istedadlı pianoçu, kamera musiqisinin incə ustası Nigar Əsədullayevanın ifasında səsləndiriləcək.
Lyudoviko özünü geniş auditoriya üçün klassik musiqi dünyasına bələdçi hesab edir. Onun “Elements” adlı albomu ağlasığmaz kommersiya uğuru qazanıb. Dünyada məşhur italyan bəstəkarı, pianoçu 20-dən çox albomun, eləcə də filmlərdən Darrena Aranovskinin “Qara qu quşu” və Ksavye Dolananin “Mən hələ də buradayam”, “Ana” saundtreklərinin müəllifidir.