Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi Almaniyanın ədəbiyyat portalında

 

Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.

Dövlət Tərcümə Mərkəzindən  bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış filoloq-alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.

Xalq yazıçısı Yusif Səmədoğlu “Əməkdar incəsənət xadimi”, “Şöhrət” ordeni kimi fəxri adlara layiq görülüb.

Geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Related posts

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edildi

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib