153
Yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında sazişin imzalanması planlaşdırılır.
Bu barədə Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında dekabrın 7-də Moskvada keçiriləcək danışıqların materiallarında bildirilib.
“Rusiya-İran əlaqələrinin intensivləşməsinə Aİİ və İran arasında azad ticarət sazişinin bağlanması kömək edəcək – danışıqlar uğurla başa çatıb, sənədin imzalanması yaxın vaxtlarda baş tutacaq”, – materiallarda qeyd edilib.
Qeyd edək ki, hazırda Aİİ ölkələri ilə İran arasında 17 may 2018-ci il tarixli müvəqqəti saziş əsasında güzəştli ticarət rejimi fəaliyyət göstərir.