Azad edilən Aqşinin anası: Dövlətimizə inanırdıq, inamımız boşa çıxmadı…

Ermənistanda əsir saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirov azadlığa buraxılır.

 Sevinc təəssüratlarını bölüşən əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Prezidentə minnətdar olduğunu bildirib.

“Bu müddət ərzində jurnalistlər bizimlə maraqlandılar, hər birinizə təşəkkür edirəm. Ölü canımıza həyat verdiniz. Cənab Prezidentə xüsusilə minnətdaram. Biz ona inanırdıq. Dövlətimizə inanırdıq. İnamımız boşa çıxmadı”, – o deyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

 

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.

 

Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR