Fələstin lideri ABŞ-ı günahlandırır

 

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza zolağında axan qanlara görə ABŞ-ı günahlandırıb.

Bu açıqlama Birləşmiş Ştatların dünən BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında dərhal atəşkəs tələb edən qətnaməyə veto qoymasından sonra verilib.”Prezident Abbas ABŞ-ın mövqeyini kəskin tənqid edərək, bunu aqressiv və əxlaqsız adlandırıb. O, bu cür davranışın humanitar prinsiplərin və dəyərlərin kobud şəkildə pozulması olduğunu vurğulayıb və ABŞ-ı fələstinli uşaqlar, qadınlar və qocalar arasında qan tökülməsinə görə məsuliyyət daşıdığını bildirib”, – ofisdən bildirilib.

ABŞ-ın BM-dəki səfirinin müavini Robert Vud öz növbəsində Təhlükəsizlik Şurasını HƏMAS-ın oktyabrın 7-də İsraildə törətdiyi qətliamı pisləmədiyinə görə tənqid edib.

Onun sözlərinə görə, bu hücumlarda minlərlə terrorçu 1200-ə yaxın insanı, əksəriyyəti mülki şəxsləri öldürüb, 240-a yaxın insanı girov götürüb.

Vud həmçinin İsrailin özünümüdafiə hüququnun tanınmasının vacibliyini vurğulayıb.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq