Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Pakistanda 23 əsgərin həlak olduğu dəhşətli terror aktı xəbəri dərindən sarsıdıb və kədərləndirib.

“Qardaş Pakistan İslam Respublikası ilə dərin hüznlə başsağlığı və həmrəyliyimizi bildiririk. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”,- qeyd olunub.

Related posts

Ombudsmana daxil olan müraciətlərin STATİSTİKASI

Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında…

Baş nazir qərar İMZALADI