İran prezidenti Cenevrəyə getməkdən qorxdu – VİDEO

İran Prezidenti İbrahim Rəisi dekabrın 13-dən 15-dək Cenevrədə keçiriləcək Qaçqınlar üzrə Qlobal Forumda iştirak etməli idi, lakin Birləşmiş Millətlər Təşkilatı srağagün axşam bildirib ki, İ.Rəisinin yerinə, İran nümayəndə heyətinə xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rəhbərlik edəcək.

“Azad İran” “YouTube” kanalı xəbər verir ki, İran prezidenti Cenevrəyə getməyəcək.

Beynəlxalq mediada, o cümlədən İsveçrə mətbuatında İbrahim Rəisinin Cenevrəyə səfərini onun barəsində İsveçrə prokurorluğuna verilən şikayət əsasında həbs olunmaq təhlükəsi səbəbindən ləğv etdiyi bildirilib.

Qeyd edək ki, hələ ötən həftə Qaçqınlar üzrə Qlobal Forumda iştirak edəcək İran nümayəndə heyətinin 18 nəfərlik siyahısı yayılıb  və həmin siyahıda birinci yerdə İbrahim Rəisinin adı olub.

Bu məlumat İran rejiminin müxalifləri və insan haqları müdafiəçilərinin kəskin etirazına səbəb olub, o cümlədən BMT və İsveçrə dövlətinin ünvanına sərt tənqidlərə yol açıb. Lakin dekabrın 11-də İsveçrə prokurorluğuna ünvanlanan rəsmi şikayət  İbrahim Rəisinin Cenevrə səfərinin qarşısını alıb və onu beynəlxalq tədbirin tribunasından istifadə etmək imkanından məhrum edib.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi