Çin dəniz suyundan uranın çıxarılması texnologiyasını yaradıb

Çində Çançun şəhərindəki Şimal-Şərq Universitetinin alimləri dəniz suyundan uranın çıxarılması üsulunu işləyib hazırlayıblar.

Tədqiqat “ACS Central Science” elmi jurnalında dərc olunub.

Hazırda uran qayalardan çıxarılır, lakin ehtiyatları məhduddur. Mövcud hesablamalara görə, bu elementin təxminən 4,5 milyard tonu Yer kürəsinin dənizlərində və okeanlarında həll olunub ki, bu da qurudakı uran yataqlarından 1000 dəfədən çox yüksəkdir.

Dənizdə uran uranil kimi tanınan ion şəklində mövcuddur. Bununla belə, sudan uranilin çıxarılması çətin olaraq qalır, çünki materialların uran ionlarını effektiv şəkildə tutmaq üçün kifayət qədər səth yoxdur.

Çin tədqiqatçıları xüsusi monomerlərlə örtülmüş karbon lifli parça yaratdılar. Kimyəvi emaldan sonra liflərdə uranil hissəciklərini tutmağa qadir olan çoxlu kiçik “ciblər” yaranıb.

Sınaqlar əsnasında alimlər 24 gün ərzində dəniz suyunun hər qramından 12,6 mq uran çıxara biliblər. Karbon parçanın effektivliyi sınaqdan keçirilmiş əksər digər materiallardan üstündür.

Mütəxəssislərin sözlərinə görə, onların kəşfi dənizlərdən yeni nüvə yanacağı mənbəyi kimi istifadə etmək üçün perspektivli üsul təklif edir.

Mənbə: gazeta.ru

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA