“Dan ulduzu” ansamblının ilk skripkaçısı vəfat edib

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

Bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.
Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.

Related posts

Bu gün Dünya İncəsənət Günüdür

Deputatın “Cahangiri qaytarın” çağırışına tanınmışlardan – reaksiya

Azərbaycan Mədəniyyət Mərkəzi ədəbi tərcümə müsabiqəsi elan edib