108
İranın Qolpayeqan şəhər İnqilab Məhkəməsi qadın siyasi fəal Məsumə Yavərini 13 il həbs cəzasına məhkum edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, o, dövlət əmlakını dağıtmaq, hakimiyyətə qarşı təbliğat aparmaq və terror qruplaşmasına üzv olmaqda təqsirləndirilib.
Hüquq müdafiəçiləri Məsumə Yavəriyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, onun dinc fəaliyyətinə və hakimiyyəti tənqidlərinə görə şərləndiyini bildiriblər.