İranda polis idarəsinə hücum: ölən və yaralananlar var

İranda silahlı şəxslər polis bölməsinə hücum edib.

Hadisə nəticəsində ölən və yaralananlar var.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan valiliyi gecə saatlarında həyata keçirilən hücumla bağlı açıqlama verib.

“Raskda polis bölməsinə törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub”.

Polislə silahlı basqınçılar arasında baş verən qarşıdurmada hücum edənlərin çoxu öldürürülüb.

Hücumu ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində mövcud olan “Ceyşul Adl” adlı təşkilatın üzərinə götürdüyü bildirilib.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Güney Azərbaycanın iftixarı: Traktor rekord QIRDI – FOTOLAR

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib