İranda SEPAH-la əməkdaşlıqdan boyun qaçıran siyasi məhbus intihara cəhd edib – FOTO

İranda siyasi məhbus Zöhrə Sərv intihar etmək istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Zöhrə Sərvə yaxın mənbə bildirib ki, aclıq aksiyasının 20-ci günündə Tehrandakı bədnam Evin zindanının qadın məhbuslar bölməsində cəza çəkən qadına İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən (SEPAH) əməkdaşlıq təklif edilib. Zöhrə Sərv təklifi rədd etdikdən sonra SEPAH rəsmilərinin təhdidləri ilə üzləşib. Bundan sonra o, bir neçə həb ataraq intihara cəhd edib.

Qeyd olunub ki, siyasi məhbus dərhal xəstəxanaya aparılıb və ilkin müdaxilədən sonra özünə gəlib.

“Bu dəfə haqqımı almaq üçün canımla onların qarşısında dayanacağam”, – deyə o bildirib.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Güney Azərbaycanın iftixarı: Traktor rekord QIRDI – FOTOLAR

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib