Ermənistan baş naziri Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib.
Bu barədə “Joxovurd” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazır.
Paşinyan bu məqsədlə istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, hamının işdən çıxarılması barədə göstəriş verib. “Vətəndaş müqaviləsi” üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sferasında yeri olmamalıdır.
İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirlərinin işdən qovulması barədə məlumat yayıb.
Mənbələrimizin bildirdiyinə görə, bunun əsas səbəbi direktorların “Vətəndaş müqavilə”sinin üzvü olmamaları olub.
Beləliklə, qeyd edə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalifətin bəyanatlarına, fikir ayrılığına dözmürlər”, – “Jovovurd” yazır.