İranda hərbi təyyarə qəzaya uğradı – VİDEO

İranın Kazerun şəhəri yaxınlığında Su-22 hərbi təyyarəsi qəzaya uğrayıb.

Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir.

Öz növbəsində İranın Fars əyalətinin hava limanlarının direktoru təyyarənin təlim təyyarəsi olduğunu və qəza nəticəsində xəsarət alanın olmadığını təsdiqləyib.

Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kazerun şəhərindəki nümayəndəsi bildirib ki, hərbi təyyarənin pilotu qəzadan əvvəl katapult etməyə müvəffəq olub.

Hazırda pilotun səhhəti yaxşıdır və xəstəxanadadır.

Related posts

İran nüvə silahı yaratmağa çox yaxındır – Qrossi

Pezeşkian ABŞ-la danışıqların gedişindən danışdı

Şabran çayında 2 nəfərin meyiti tapılıb – YENİLƏNİB