Amerikalı rejissor və ssenarist Uilyam Brent Bell “Orfan” filminin üçüncü hissəsinin ssenarisini yazmağa başlayıb.
Qorxu janrında çəkiləcək ekran əsərində baş rolu yenə də İzabel Fuman canlandıracaq.
Filmin süjet xətti hələ tam açıqlanmasa da dəhşətli və həyəcanverici səhnələrin olacağı gözlənilir.
Ekran əsərinin premyerasının 2024-cü ildə keçirilməsi planlaşdırılıb.