Rusiya: Cənubi Qafqaza onları cəlb etmək ciddi fəlakətlə nəticələnər

Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir. 3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) qapıları əvvəlki kimi Gürcüstan üçün açıqdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Əgər onlar bu formatda iştirak etməyə hazır olduqlarını hiss etsələr, bütün digər beş ölkə əminəm ki, bunu alqışlayacaqlar “, – deyə rusiyalı nazir müavini vurğulayıb.

Qaluzin Rusiyanın bu formatda fəal işlədiyini söyləyib: “Tarixi, indiki faktlar onu göstərir ki, bizim üçün regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz. Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ən yaxşı halda heç nə ilə bitər. Ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər”, – deyə Lavrovun müavini yekunlaşdırıb.

Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.

Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA