Dumanlı hava qəzaya səbəb olub, ölən var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Cəhri qəsəbəsində olub.

Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü – İmanov Xaliq Eldar oğlu vəfat edib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi

Qüdrət İsaqov vəfat etdi

Salman Rüşdinin gözünü çıxarana cəza verildi