Vətən müharibəsi qazisi vəfat etdi – FOTO

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.

24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib.

O, bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib.

O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub.

O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib.

Allah rəhmət eləsin!

 

 

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb