163
Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün Avropa Birliyinin fövqəladə sammiti keçiriləcək.
Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
O, fövqəladə sammitin fevralın 1-də keçiriləcəyini bildirib:
“Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır”.
Qeyd edək ki, AB Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım ayırmaq istəyir. Lakin qrumun üzvü Macarıstan bunun əleyhinə çıxır.