140
Qız qalası yaxınlığında attraksionların quraşdırıldığını əks etdirən görüntülər yayılıb.
Bu, şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar attraksionların qədim şəhərə yaraşmadığını qeyd ediblər.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq.
Qurumun Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, attraksionlar artıq yığışdırılıb.