ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ antirusiya sanksiyalarını genişləndirib. Belə ki, neft məhsullarının daşınmasına görə dörd şirkət və bir tanker qara siyahıya salınıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Məlumata görə, Honkonqda qeydiyyatdan keçmiş “Bellatrix Energy Limited” və “Covart Energy Limited” şirkətləri, həmçinin BƏƏ-dən olan iki şirkət – “Sun Ship Management D” və “Voliton DMCC” sanksiyaya məruz qalıb.

Rusiya bayrağı altında üzən “Sanar 15” neft məhsulları tankerinə də məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, ABŞ son həftələrdə ixrac edilən Rusiya neftinin qiymət tavanını keçmək üçün istifadə edilən şirkətlərə və gəmilərə qarşı mübarizəsini gücləndirib.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Putin Trampın elçisini qəbul edəcək

Donald Tramp İlham Əliyevi təbrik edib