DİN vətəndaşlara xəbərdarlıq edib: “Yeni illə əlaqədar özəl endirim kimi saxta mesajlara inanmayın”

Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə  DİN-dən məlumat verilib.

Bildirilib ki, “Yeni ilə özəl endirimlər” kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:

“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.

Related posts

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Bakıda bəzi ərazilərdə torpaq sahəsinin qiyməti kəskin ARTACAQ

Bayram günləri Bakıda leysan olacaq – XƏBƏRDARLIQ