İranda minlərlə gənc edama məhkum edilib

İranın Lorestan əyalətinin Delfan bölgəsində iki minə yaxın gənc uyuşdurucu maddələrin ticarətinə görə edam cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Delfan şəhərinin parlamentdəki nümayəndəsi Yəhya İbrahimi bildirib ki, edam cəzası alanların bir çoxu ailələri ilə görüşüb. Hazırda gənclər öz edam növbələrini gözləyirlər.
“Ailələr edamların sayı barədə dəhşətli faktlar açıqlayıblar. Çox təəssüf edirəm ki, 44 illik İslam Respublikasının hakimiyyəti dövründə bu qədər cinayətlərin baş verməsinə zəmin yaradılıb”, – deyə o əlavə edib.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb