Tarixi keçmişi məhv edilən İrəvanla bağlı film çəkilib – VİDEO

CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən digər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb.

CBC telekanalının çəkiliş qrupunun məqsədi İrəvanda azərbaycanlılara aid memarlıq və mədəni irsinin mövcud vəziyyətini öyrənmək olub.

Çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb. Müsahibə verən sakinlər əmindirlər ki, İrəvanda heç vaxt İçərişəhər olmayıb və İrəvan Sovet İttifaqı dövründə tikilib.

Çəkiliş qrupu Sovet İttifaqının mövcud olduğu dövrdə sökülən XVII əsrə aid Zalxana məscidinin əvvəllər yerləşdiyi ərazidə olub. Çəkilişlər əvvəllər azərbaycanlıların yaşadığı Firdovsi küçəsində də aparılıb. Məlum olub ki, orada köhnə evlərin irimiqyaslı söküntüsü davam edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrının yerləşdiyi binanın taleyinə aydınlıq gətirilib.

İrəvan qəbiristanlıqlarında azərbaycanlılara məxsus məzarların qəsdən dağıdılması və hakimiyyət orqanlarının əslində türklərə aid memarlıq obyektlərinə və artefaktlara erməni mənsubiyyətini aid etmək cəhdləri də üzə çıxıb.

Xüsusilə söhbət İrəvanın mərkəzi meydanında aşkarlanmış və betonlanmış yeraltı şəhərlə bağlı qalmaqaldan gedir.

Çəkiliş qrupu Sisyan şəhərindəki muzeydə də çəkilişlər aparıb, burada ərəbcə olan yazılara baxmayaraq, Azərbaycanın mədəni-tarixi irsi erməni mədəniyyəti abidələri kimi təqdim olunub.

Ətraflı süjetdə:

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu