143
Pentaqon şənbə günü Qırmızı dənizdə Hindistan sahillərində Yaponiyaya məxsus kimyəvi maddə daşıyan gəmiyə İrandan buraxılan pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini bəyan edib.
Bununla İsrailin HAMAS-la müharibəyə başlamasından sonra Pentaqon ilk dəfə İranı gəmilərə hücum etməkdə günahlandırıb.
“Ambrey” dəniz təhlükəsizliyi şirkəti isə tankerin İsraillə bağlı olduğunu, Səudiyyə Ərəbistanından Hindistana doğru hərəkət etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Qırmızı dənizdə gəmilərə hücuma görə məsuliyyəti Yəməndəki husilər öz üzərlərinə götürüb. Husilər bunun İsrailin Qəzzaya hücumuna cavab olduğunu bildiriblər. (APA)