Ana səhifə XəbərlərDünya Ermənipərəst prezident Argentina parlamentini referendumla hədələyir

Ermənipərəst prezident Argentina parlamentini referendumla hədələyir

admin2

Argentina parlamenti onun islahatlarını qəbul etməsə, prezident Xavyer Miley referendum elan edəcək.

“Əgər məndən imtina etsələr, referendum keçirəcəyəm”, – deyə prezident bildirib.

O, referendumda Argentina vətəndaşlarına onun radikal iqtisadi islahatlarını parlamentin iştirakı olmadan müstəqil şəkildə təsdiq etməyə icazə verməyi planlaşdırdığını vurğulayıb. Həmin parlamentdə Mileyin partiyası isə azlıq təşkil edir.

Məlumat üçün qeyd edər ki, Argentinanın yeni Prezidenti Xavyer Mileyin bu ölkədəki erməni diasporu ilə sıx əlaqələrə malikdir. Belə ki, yeni prezident 2008-2021-ci illərdə argentinaəsilli erməni iş adamı Eduardo Ernekyanın “Korporasiya Amerika” təşkilatının əməkdaşı və onun baş məsləhətçisi olub.

Mənbə: gazeta.ru

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00