Ana səhifə XəbərlərMədəniyyət Qərbi Azərbaycan Xronikası: Ayaz Salayev müharibənin mədəniyyətin inkişafına təsirindən DANIŞDI – VİDEO

Qərbi Azərbaycan Xronikası: Ayaz Salayev müharibənin mədəniyyətin inkişafına təsirindən DANIŞDI – VİDEO

admin2

Bu gün “Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Aparıcı Ellada Sarvanın müsahibi, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev olub.

O, dünyada, eləcə də bölgədə gedən ictimai-siyasi proseslərdən, gərginliklərdən söz açıb, müharibə, münaqişə və ixtilafların mədəniyyətin inkişafına mane olduğunu söyləyib.

Kinoşünas vaxtilə “erməni soyqırımı” abidəsinin açılışı günü ermənilərin azərbaycanlıların yaşadığı məhəllələri dağıtmağa başladığını xatırladaraq erməni jurnalistlərdən sitat gətirib: “Biz türklərlə işğalçı kimi davranırıqsa, azərbaycanlılar da bizə elə yanaşacaqlar. Ona görə də ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq”.

Əməkdar incəsənət xadimi beynəlxalq tədbirlərdə erməni sənətkarlarla söhbətlərdə onların bu proseslərə baxışlarının çox dəyişdiyini bildirib, erməni şair Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərinin çoxunu Azərbaycan dilində qələmə aldığını vurğulayıb: “O, həqiqətən də Azərbaycan dilində erməni dilindən iki dəfə çox şeir yazıb”.

İndiyədək 18 filmin yaranmasında əməyi olan kinoşünas sonuncu “Torpaq” filminin Qərbi Azərbaycan mövzusuna həsr olunduğunu vurğulayıb: “Bu filmin yaranması öz doğma yurdlarından qovulan insanların acı taleyindən bəhs edir. “Torpaq” filmi iki problemi qabardır: Qarabağ və Qərbi Azərbaycan. Ekran əsərində 100 azərbaycanlı qaçqınla müsahibə aparılıb”.

A.Salayev qərbi azərbaycanlıların doğma ocaqlarına qayıdışı barədə də danışıb: “Azərbaycan dünya tarixini yenidən yazan ölkələrdən biridir. İndi yeganə bir arzu qalıb – Qərbi Azərbaycana qayıtmaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 26-da saat 18:30-da “Baku TV”nin efirində yayımlanıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00