“Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün bir neçə məsələ həll edilməlidir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Nazir bildirib:
“Azərbaycan tələb edir ki, səfirliyimizə qarşı terror aktı törədən şəxs ən ağır şəkildə cəzalanmalıdır. İkinci məsələ odur ki, Azərbaycan səfirliyinin təhlükəsizliyinə İran tərəfindən yüksək təhlükəsizlik zəmanəti verilməlidir”.
Nazir deyib ki, İran qeyd olunan tələblərə cavab versə, Azərbaycan səfirliyinin fəaliyyəti bərpa oluna bilər.