Kreml cavab olaraq müsadirə oluna biləcək Qərbin aktivlərinin siyahısını hazırlayıb.
Bunu Rusiya prezidentin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml Rusiyanın dondurulmuş aktivlərinin müsadirə ediləcəyi təqdirdə mümkün cavab addımlarını əvvəlcədən təhlil edib.
“Qarşı tərəfin gözlənilməzliyini və beynəlxalq hüququ, digər qanunları, o cümlədən bizim qanunları pozmaq meylini başa düşərək mümkün cavab addımlarını əvvəlcədən təhlil etmişik”, – Dmitri Peskov deyib.
O, Qərbin Rusiyaya qarşı sanksiyalarını bumeranq effektini verdiyini də xatırladaraq qeyd edib ki, sanksiyaların tətbiqindən sonra Avropa və Amerika iqtisadiyyatlarına da mənfi təsir göstərib. “Bu cür hərəkətlər bizim aktivlərimizin oğurlanmasın daha zərərli nəticələrə səbəb olacaq”, – o bildirib.