Ana səhifə XəbərlərSiyasət “Erməni politoloqlar: “Qərbi azərbaycanlılar qayıdacaq, Zəngəzur Ermənistandan ayrılacaq”

“Erməni politoloqlar: “Qərbi azərbaycanlılar qayıdacaq, Zəngəzur Ermənistandan ayrılacaq”

- VİDEO

admin2

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənilər azərbaycanlıların geri qayıdacağı reallığını qəbul edir” adlı süjetdə Qərbi Azərbaycan İcmasının öz tarixi yurdlarına qayıtmaq istəyi və rəsmi Bakının bunu strateji plan olaraq dəstəkləməsinin Ermənistanda gündəmin əsas mövzusu olduğu vurğulanır.

Bildirilir ki, Ermənistan mediasında apardığımız müşahidələrə görə, ermənilər Qərbi Azərbaycan reallığını tədricən qəbul etməyə başlayıb, qəbul etmək istəməyənlər belə perspektivdə bunun reallaşacağını anlayırlar. Ermənistanın ictimai-siyasi sferasındakı müzakirələrdə Qərbi Azərbaycan məsələsinə müxtəlif yanaşmaların olduğu görünür. Rəsmi İrəvan beynəlxalq hüquqa zidd şəkildə tarixi yurdlarından deportasiya edilən azərbaycanlıların evlərinə qayıdışı istəyini “Azərbaycanın Ermənistana ərazi iddiası” kimi təqdim edir”.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti maksimum şəkildə Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmağa çalışır: “Qərbi Azərbaycan məsələsi artıq Ermənistanın daxili siyasi seqmentinə yön verir, iqtidar-müxalifət qovğaları da məhz azərbaycanlıların tarixi yurdlarına qayıdışı üzərində baş verir”.

Süjetdə erməni politoloqlar Qaqik Hambaryan, Qarik Keryan və Sergey Melkonyanın fikirlərindən sitatlar gətirilir: “Rəsmi Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Azərbaycanlıların ən azı müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər. Azərbaycanlılar sərhəd bölgələrinə – Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. Ermənistanda əsas qorxulardan biri də azərbaycanlıların öz evlərinə qayıdışının 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra aktuallaşacağıdır. Bu seçki regionda gələcək konfiqurasiyanın formalaşdırılmasında mühüm mərhələ olacaq. Bu mərhələdə Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu ssenarilər Ermənistanla sülh müqaviləsinin imzalanması və “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.

Sonda bildirilir ki, Qərbi Azərbaycan mövzusu Ermənistanın əsas müzakirə mövzusuna çevrilib və onların bundan müxtəlif məqsədlər üçün istifadə etməsinə baxmayaraq, azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi artıq erməni ictimai rəyində legitimləşir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00