İran yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəsi olan 4 nəfər edam edilib.
Bu barədə “Mizan” agentliyi yazır.
Nəşr yazır ki, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfər həbs edilib.
Qərbi Azərbaycan əyalətinin məhkəməsinin qərarında deyilir ki, Vəfa Henare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul mükafatı müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırıblar. İddia olunur ki, bu yolla “məhkumlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar”.