İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək.

Bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb.

“Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, o qeyd edib.

Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq