Fransa prezidenti Emmanuel Makron Yeni il müraciətində ölkəsinin bayrağını çox arxa plana keçirərək təhqir edib.
Bunu Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot X sosial şəbəkəsində yazıb.
“O buna necə cəsarət etdi?! Makronun arxasındakı Fransa bayrağı onun xahişi ilə itirildi! Frabsa bayrağı arxa planda çox uzaqda olan Avropa Birliyi ölkələrinin bayraqları arasında yerləşdirilib” – siyasətçi qəzəbini sosial şəbəkədə ifadə edib.
Əvvəllər illik müraciətlər zamanı Fransa bayrağı Makronun yaxınlığında yerləşirdi və bəzi illərdə onun yanında Avropa Birliyinin bayrağı da asılırdı.