Azərbaycanın Əməkdar artisti İtaliyada növbəti konsertdə çıxış edib

Azərbaycanın Əməkdar artisti Afaq Abbasova İtaliyanın Toskana regionunun Viareccio şəhərində konsert proqramında çıxış edib.

Yeni il münasibətilə Eden teatrında baş tutan konsertdə Afaq Abbasova Puççini Festivalının orkestri – dirijor Cuzeppe Lanzetta və tenor Dieqo Kavazzini ilə birgə eyni səhnəni bölüşüb. Konsert “50 Canale” və “88 Canale” kanallarından canlı yayımlanıb.

Afaq Abbasova xoş təəssüratlar yaşadığını, artıq ənənəvi olaraq italyan dinləyiciləri qarşısında çıxış etdiyini bildirib.

“Bu, həm məsuliyyət tələb edən, həm də qürurverici işdir. Puççini musiqisi ilə məhz İtaliyada dünyaşöhrətli ifaçılarla eyni səhnəni bölüşməkdən məmnunluq duyuram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Azərbaycanın Əməkdar artisti qeyd edib.

Related posts

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edildi

Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib