Kadırovdan ABŞ-a təklif: Sanksiyaları götürün, əvəzində…

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı məhbusun təhvil verilməsi müqabilində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.

O, məhbusların siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.

“Qonağımıza maraqlı təklifimiz var. Donetskdə, Luqanskda aparılan əsirlərimiz var. Siyahını qonağımıza verirəm… Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyanı götürsələr, o zaman bu insanları təhvil verəcəyik”, – deyə Kadırov bildirib.

Ramzan Kadırov əlavə edib ki, saxlanılanlarla yaxşı rəftar edilib və əslində onların günahı yoxdur, onun ailə üzvləri isə heç vaxt siyasətdə iştirak etməyiblər.

Bundan əvvəl Ramzan Kadırov amerikalı keçmiş kəşfiyyatçı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb. Çeçenistan rəhbərinin sözlərinə görə, o, xüsusi təyinatlılar universitetinə baş çəkib və respublika parlamentinin sədri ilə görüşüb.

Related posts

Ukrayna Belqorodu vurdu – Yaralılar var

Rumıniyada parlament binası yandırıldı

“İsrail Üçüncü Livan müharibəsinə hazırlaşır”