Politico: ABŞ Yaxın Şərqdə yeni müharibəyə hazırlaşır

“Bayden administrasiyası Qəzzadakı münaqişənin Yaxın Şərqdə yeni müharibəyə çevrilməsini istisna etmir. Hazırda ABŞ ordusu müharibənin arealını genişləndirmək üçün husilərə zərbə endirməyə hazırlaşır”.

Bu barədə “Politico” yazır.

Nəşr məlumatlı mənbələrə istinadən yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Yaxın Şərq münaqişəsi genişlənərək bütün regionu əhatə etmə ehtimalı ilə bağlı cavab tədbirləri hazırlayır.

Onların fikrincə, son günlər İraq, Livan və İranda baş verən toqquşmalar nəticəsində münaqişənin genişlənmə ehtimalı artır.

“Politico”nun həmsöhbətləri bildiriblər ki, ABŞ ordusu hazırda Qırmızı dənizdə ticarət gəmilərinə dəfələrlə hücum edən Yəmən husilərinə cavab tədbirləri planı hazırlayır. Kəşfiyyat rəsmiləri öz növbəsində İraq və Suriyada ABŞ qüvvələrinə qarşı gələcəkdə mümkün hücumları proqnozlaşdırmağa və qarşısını almağa, həmçinin husilərin gələcək hücumları üçün mümkün hədəfləri müəyyənləşdirməyə çalışırlar.

Mənbələr həmçinin bildiriblər ki, ABŞ aylardır, pərdə arxasında Tehranı proksi güclərinin hücumlarını dayandırmağa inandırmağa çağırır, lakin husilərin hücumlarından əl çəkəcəyinə dair heç bir əlamət yoxdur.

“Politico” yazır ki, Yaxın Şərq münaqişənin kəskinləşməsi təkcə regional təhlükəsizliyi deyil, həm də prezident Baydenin yenidən seçilmək şansını təhdid edir.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq