Ağ evdə gərginlik: Bu iki şəxs yola getmir

Ağ Evdə iki yüksək səviyyəli şəxs arasında gərginlik yaşanır.

Bu barədə “Axios” məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Karin Jan-Piyer və Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi arasında gərginlik artıb.

Qeyd olunur ki, onlar media brifinqlərində kürsüləri bölüşürlər, lakin pərdə arxasında ünsiyyətləri kifayət qədər gərgindir.

Nəşrin fikrincə, bu məsələ Ağ evdə narahatlıq yaradır. Çünki Co Bayden yenidən seçki kampaniyasına daxil olarkən, onun yüksək rütbəli mətbuat katibləri yola getmirlər.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq